Azərbaycana turist axını 1 % artıb

Turizm
  • 16 may, 2025
  • 17:25
Azərbaycana turist axını 1 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 735 min 884 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Təkcə apreldə isə ölkəyə 227 788 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 7 % çoxdur.

Aprel ayında Azərbaycana ən çox turist 53 073 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (39 417 nəfər), 3-cü yerdə isə Hindistan (26 253 nəfər) qərarlaşıb.

Bundan başqa, ay ərzində İrandan 16,6 min, Gürcüstandan 9,4 min, Qazaxıstandan 7,9 min, Səudiyyə Ərəbistandan 7,8 min, Pakistandan 7,2 min, İsraildən 6 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,8 min, Çindən 4,5 min, Özbəkistandan 4,1 min, Ukraynadan 2,9 min, Türkmənistandan 2,4 min, Belarusdan 2,4 min turist gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti