Yuxarı
    Bağlamaq

    Azərbaycana turist axını 6% artıb

    Bakı. 24 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb.

    Dövlət Turizm Agentliyindən "Report"a verilən xəbərə görə, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 mln.a çatıb. 

    Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.

    Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.

    Müsbət artım tendensiyası ilə yanaşı azalma da müşahidə olunan bölgələr mövcuddur. Belə ki, 2017-ci ildə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn səyahətçilərin sayı 2018-ci ilin yanvar-noyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 33% azalıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi