Azərbaycana Afrikadan turist axını 1 %-dən çox azalıb - ARAŞDIRMA

Turizm
  • 06 fevral, 2026
  • 10:30
Azərbaycana Afrikadan turist axını 1 %-dən çox azalıb - ARAŞDIRMA

2025-ci ildə Azərbaycana Afrika qitəsi ölkələrindən ümumilikdə 21 min 846 turist səfər edib.

"Report"un əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 1,3 % azdır.

Ötən il ölkəyə Əlcəzairdən 7 min 28 nəfər (əvvəlki ilə nisbətən 2 dəfə çox), Mərakeşdən 4 min 233 nəfər (+27,9 %), Sudandan 2 min 473 nəfər (+32,6 %), Tunisdən 732 nəfər (+5,5 %), Cənubi Afrika Respublikasından 1 655 nəfər gəlib (-6,7 %), Komor adalarından 1 190 nəfər (-3,3 %) turist Azərbaycana səfər edib.

Bundan başqa, ölkəmiz Keniyadan 722 nəfər (-36,3 %), Nigeriyadan 658 nəfər (-52,4 %), Somalidən 303 nəfər (-13,2 %), Efiopiyadan 300 nəfər (-34,6 %), Qanadan 271 nəfər (-43,2 %), Liviyadan 221 nəfər (-6,4 %), Uqandadan 187 nəfər (-58,3 %), Tanzaniyadan 171 nəfər (-59,4 %), Mavritiusdan 143 nəfər (-12,3 %), Kamerundan 122 nəfər (-51,6 %), Mavritaniyadan 109 nəfər (-52,6 %), Zimbabvedən 108 nəfər (-72,2 %), Ruandadan isə 101 nəfər (-28,9 %) turist qəbul edib.

Həmçinin il ərzində Çaddan 90 nəfər (-50 %), Fil Dişi Sahilindən 88 nəfər (-65,4 %), Seneqaldan 88 nəfər (-70,8 %), Qvineyadan 83 nəfər (+1,2 %), Cibutidən 69 nəfər (+32,7 %), Demokratik Konqodan 65 nəfər (-73,5 %), Malidən 59 nəfər (-52 %), Eritreyadan 51 nəfər (-25 %), Burkina Fasodan 42 nəfər (-74,1 %), Qambiyadan 39 nəfər (-66,9 %), Benindən 36 nəfər (-63,3 %), Anqoladan 34 nəfər (-79,3 %), Mozambikdən 33 nəfər (-72 %), Toqodan 33 nəfər (-71,1 %), Qabondan 32 nəfər (-51,5 %), Zambiyadan 30 nəfər (-84,4 %), Cənubi Sudandan 28 nəfər (-50 %), Liberiyadan 27 nəfər (-75,5 %), Konqodan 26 nəfər (-91,4 %), Burundidən 24 nəfər (-71,4 %), Nigerdən 23 nəfər (-42,5 %), Malavidən 21 nəfər (-91,4 %), Namibiyadan 21 nəfər (-77,7 %), Madaqaskardan 18 nəfər (-85,9 %), Svazilenddən 15 nəfər (-75,8 %), Sierra Leonedən 14 nəfər (-90 %), Botsvanadan 13 nəfər (-66,7 %), Lesotodan 6 nəfər (-87,8 %), Mərkəzi Afrikadan 4 nəfər (-84,6 %), Qvineya-Bisaudan 4 nəfər (-90 %) və Ekvatorial Qvineyadan 3 nəfər ( -78,6 %) turist Azərbaycana səfər edib.

Ötən il Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud əvvəlki illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti