Azərbaycan və Serbiya viza rejiminin sadələşdirilməsini müzakirə edir

Azərbaycan və Serbiya viza rejiminin sadələşdirilməsini müzakirə edir “Azərbaycanla Serbiyanın bir sıra birgə sosial layihələri var. Hər iki ölkə humanitar sahədə dərin əlaqələrə malikdir”.
Turizm
125
27 İyul , 2021 17:50
Azərbaycan və Serbiya viza rejiminin sadələşdirilməsini müzakirə edir
0 : 00
0 : 00

“Azərbaycanla Serbiyanın bir sıra birgə sosial layihələri var. Hər iki ölkə humanitar sahədə dərin əlaqələrə malikdir”.

“Report” xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç bu gün Bakıda keçirilmiş Azərbaycan-Serbiya biznes-forumunda deyib.

Onun sözlərinə görə, hazırda tərəflər viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparır: “Bu, bizə daha interaktiv əməkdaşlıq etməyə şərait yaradacaq. Bizim məqsədimiz iş adamlarını bizneslə məşğul etməyə təşviq etməkdir".

Xatırladaq ki, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib.

Son xəbərlər

Orphus sistemi