ATOL IT şirkəti və “Tutu.ru” səyahət xidmətinin analitikləri tərəfindən aparılan sorğunun nəticələrinə görə, bu il rusiyalı turistlərin beynəlxalq istiqamətlər üzrə ən çox üz tutduğu ölkə Azərbaycandır.
Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, rusiyalı turislərin üz tutduqları ən populyar beynəlxalq istiqamətlər MDB ölkələridir: Azərbaycan (15%), Özbəkistan (14%), Ermənistan (12%) və Qırğızıstan (11%). Siyahıda region ölkələrindən Türkiyə də var (12%).
Rusiya hava səyahətçilərinin demək olar, 90%-i yayda ölkədə istirahət etməyə üstünlük verir. Sorğunun nəticələrinə görə, Rusiya hava səyahətçilərinin əksəriyyəti (88%) bu yayı ölkədaxili tətillərdə keçirmək istəyir.
Rusiya vətəndaşları tərəfindən verilən biletlərin yalnız 9%-i yaxın, 3%-i isə uzaq istiqamətlərə və ya Avropaya uçuşlar üçün nəzərdə tutulub.
Bu yay ən populyar daxili istiqamətlər Moskva (təyyarə biletlərinin 16%-i), Soçi (15%) və Sankt-Peterburqdur (9,3%).
Eyni zamanda, Rusiyada yayda aviabiletlərin orta çeki hər iki istiqamətdə 18 987 rubl, şəhərətrafı ərazilərdə 29 373 rubl, uzun məsafələrə 51 764 rubl, Avropada isə 84 694 rubl təşkil edir.