Bakı. 18 dekabr. REPORT.AZ/ “Shazam” proqramı ilin ən çox axtarılan mahnılarını açıqlayıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, proqram istifadəçiləri tərəfindən "Clean Bandit" qrupu və Demi Lovatonun "Solo" mahnısı 9,1 milyon dəfə axtarılıb. Bununla da “Solo” ən çox axtarılan mahnı seçilib.
İkinci yeri isə 8,6 milyon axtarışla Nicky Jam və Jay Balvinin “X (EQUIS)” mahnısı tutub.
Kelvin Harris və Dua Lipanın “One Kiss” mahnısı isə üçüncü ən çox axtarılan mahnı olub.
Xatırladaq ki, ötən il Ed Şiranın “Perfect” mahnısı 16 milyon axtarış ilə birinci yerdə qərarlaşmışdı.
“Shazam” proqramı heç bir müdaxilə olmadığı təqdirdə, yolda, avtobusda istənilən mahnının adını tapa bilər.
Proqram ötən il Apple şirkəti tərəfindən 400 milyon dollara alınıb.