Bakı. 28 iyun. REPORT.AZ Rusiyanın tanınmış müğənnisi Stas Mixaylov Bakıda növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayının mətbuat xidməti yayıb.
Oktyabrın 1-də Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdiriləcək konsert proqramı "Я буду с тобой" adlanır. Konsertdə Stas Mixaylov populyar mahnılarını ifa edəcək.
Saat 20:00-da başlayacaq konsertin biletləri 29-139 manatdır.
Biletlər şəhərin mərkəzləşdirilmiş kassalarında satılır.