Bakı. 29 iyun. REPORT.AZ/ Məşhur pop ulduz Maykl Ceksonun ölümündən bir həftə əvvəl yazdığı məktublar tapılıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalist Daphne Baraka bildirib.
Onun sözlərinə görə, müğənni həmin məktubları yaxın dostu Maykl Cakobshacena yazıb. M.Cekson məktublarında öldürülməkdən qorxduğunu qeyd edib.
O, məktublarından birində yazıb: "Sistem sahib olduqlarıma görə məni öldürmək istəyir". Digərində isə bildirib: "Üzərimdə çox təzyiq var. Özümü pis hiss edirəm. Həyatımdan narahatam. Sabah Cozefə zəng et".
M.Cekson məktublarını əl yazısı ilə yazılıb.
Qeyd edək ki, M.Cekson 2009-cu ilin iyununda şəxsi həkimi Konrad Murrayın nəzarəti altında olarkən ölüb. Bundan sonra həkimə qarşı ehtiyatsızlıqdan adam öldürməyə görə ilə 4 il həbs cəzası verilib.