​Madonna Fransadakı faciədən öz məqsədləri üçün istifadədə ittiham olunur

Şou-biznes
  • 10 yanvar, 2015
  • 21:50
​Madonna Fransadakı faciədən öz məqsədləri üçün istifadədə ittiham olunur

Bakı. 11 yanvar. REPORT.AZ/ Məşhur müğənni Madonna Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasında baş verən faciədən öz yeni albomunun təbliği üçün istifadə etməkdə ittiham olunub.

“Report” xəbər verir ki, bu barədə “The New York Post” nəşri yazıb.

Məlumata görə, müğənni öz İnstaqram səhifəsində “Je Suis Charlie”nin şəklini paylaşıb və eyni zamanda şəkilə öz yeni albomunun adı ilə bağlı heşteq əlavə edib.

“Hazırda çox dəhşətli dövrə qədəm qoymuşuq. Nadanlıq dözümsüzlük və qorxu yaradır. Biz qaranlıqla yalnız işığın tərəfində mübarizə apara bilərik. Biz hamımız Şarliliyik! #revolutionoflove ❤️#rebelhearts,», — deyə Madonna yazıb.

O, həmçinin Parisdə etiraz edən kütlənin fotosunu paylaşıb və bildirib ki, bütün dinlərə, o cümlədən insan həyatına hörmət etmək lazımdır.

Son xəbərlər

Bütün Xəbər Lenti