Nuno Queiroz: “Qadınların iqtisadi hüquqlarının genişləndirilməsi layihəsi regionlarda məşğulluğun artırılmasına töhfə verir”

Nuno Queiroz: “Qadınların iqtisadi hüquqlarının genişləndirilməsi layihəsi regionlarda məşğulluğun artırılmasına töhfə verir” “Qadınların iqtisadi hüquqlarının genişləndirilməsi layihəsi Azərbaycanın regionlarında məşğulluğun artmasına və yeni iş yerlərinin açılmasına töhfə verir”.
Sosial müdafiə
17 Aprel , 2023 12:19
Nuno Queiroz: “Qadınların iqtisadi hüquqlarının genişləndirilməsi layihəsi regionlarda məşğulluğun artırılmasına töhfə verir”

“Qadınların iqtisadi hüquqlarının genişləndirilməsi layihəsi Azərbaycanın regionlarında məşğulluğun artmasına və yeni iş yerlərinin açılmasına töhfə verir”.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros bildirib.

Onun sözlərinə görə, bu layihə bir neçə davamlı inkişaf məqsədlərinə nail olmağa töhfə verməklə yanaşı, həm də Azərbaycan hökumətinin ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı planlarına uyğundur.

N.Queiros diqqətə çatdırıb ki, qadınların iqtisadi hüquqlarının genişləndirilməsi siyasətinin həyata keçirilməsi çərçivəsində qadın resurs mərkəzlərində 2000-ə yaxın qadın qeydiyyatdan keçib.

“Layihə qadınların, xüsusən də sosial cəhətdən ən həssas təbəqələrdən olan qadınların iqtisadi vəziyyətini yaxşılaşdırmaq və onları qərarların qəbulu proseslərinə cəlb etmək üçün hüquq və imkanların genişləndirilməsini nəzərdə tutur", - o deyib.

Son xəbərlər

Orphus sistemi