Bu il ƏƏSMN 668 minə yaxın vətəndaşın müraciətini qeydə alıb

Bu il ƏƏSMN 668 minə yaxın vətəndaşın müraciətini qeydə alıb Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ümumilikdə 667,2 min vətəndaş müraciəti qeydə alınıb.
Sosial müdafiə
25 May , 2024 20:00
Bu il ƏƏSMN 668 minə yaxın vətəndaşın müraciətini qeydə alıb

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ümumilikdə 667,2 min vətəndaş müraciəti qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlikdə keçirilən növbəti kollegiya iclasında qeyd olunub.

İclasda, o cümlədən nazirliyin və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən 40,5 mindən çox vətəndaşın qəbul edildiyi qeyd edilib.

Eyni zamanda, həmin dövrdə vətəndaşlar tərəfindən yazılı və e-qaydada edilmiş 171,8 min, bu ilin ötən dövründə sosial şəbəkələr üzərindən edilmiş 36,7 mindən çox müraciətin cavablandırıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi