Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlama

Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi küçədə yatan 16 yaşlı yeniyetmə ilə bağlı açıqlama yayıb.
Sosial müdafiə
15 Sentyabr , 2020 17:44
Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi küçədə yatan 16 yaşlı yeniyetmə ilə bağlı açıqlama yayıb.

Agentlikdən "Report"a verilən məlumata görə, Agentliyin nümayəndələri yeniyetmə ilə görüşərək sığınacağa yerləşdirilməsini təklif ediblər.

"Lakin Cavidin (şərti addır) bundan imtina etməsindən sonra həyati önəm daşıyan tibbi problemlərinin, zəruri müalicə və reabilitasiyaya ciddi ehtiyacının olduğunu öyrəndik. Beləliklə, Bakı şəhər Baş Polis İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlarımız Cavidin (şərti addır) anası ilə də görüşərək razılığını almaqla lazımi müalicə müəssisəsinə yerləşdirdilər. Hazırda müalicə olunur. Əminik o, normal həyata sahib olacaq. Cavidin taleyinə biganə qalmayıb onun barədə məlumatı paylaşan duyarlı insanlara və onunla bağlı prosesdə iştirak edən qurumların əməkdaşlarına təşəkkür edirik!", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi