Nazir: "327 dövlət yaşayış binasında yanğına qarşı yoxlamalar keçirilib"

Nazir: "327 dövlət yaşayış binasında yanğına qarşı yoxlamalar keçirilib" "120 min 966 nəfər yanğına qarşı təlimatlandırılıb"
Sosial müdafiə
25 İyul , 2015 14:56
Nazir: 327 dövlət yaşayış binasında yanğına qarşı yoxlamalar keçirilib

Bakı. 25 iyul. REPORT.AZ/ Bu ilin ilk altı ayında Naxçıvan Muxtar Respublikasında (MR) 23 müəssisədə 142 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb. "Report" xəbər verir ki, bunu Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin (FHN) cari ilin birinci yarısının yekunlarına həsr olunan kollegiya iclasında MR-in fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev hesabat məruzəsi ilə çıxışında deyib.

"Hesabat dövründə istismara verilən 1 təhlükə potensiallı obyekt, 13 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınıb, 39 ədəd texnoloji nəqliyyat vasitəsinə dövlət nömrə nişanları və qeydiyyat şəhadətnamələri verilib, 175 ədəd texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilib. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları tərəfindən 1398 obyektdə əsaslı, 1362 obyektdə nəzəri, 317 obyektdə məqsədli yoxlamalar aparılıb. Şəhər və rayon icra hakimiyyətlərinin, yerli özünüidarə orqanlarının iştirakı ilə reydlər keçirilərək 60 min 927 şəxsi yaşayış evində, 327 dövlət yaşayış binasının 16 min 386 mənzilində yanğına qarşı yoxlamalar keçirilib, 17 min 844 ədəd yaddaş kitabçası təqdim edilib, 120 min 966 nəfər yanğına qarşı təlimatlandırılıb", - nazir bildirib

Məruzədə qeyd olunub ki, keçirilən reydlər zamanı 269 ədəd əlavə çəkilən elektrik xətti, qeyri-standart elektrik qızdırıcıları və yanğın cəhətdən qorxulu olan nasaz elektrik sahəsi qadağan edilib, təhlükəli yerlərə yığılan 42 ədəd ot-saman tayasının yeri dəyişdirilərək təhlükəsiz yerlərə köçürülüb: "Eyni zamanda, ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi ilə bağlı MR Kənd Təsərrüfatı Nazirliyi və "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının iştirakı ilə 9 maarifləndirici tədbir təşkil olunub, 145 kombayna yanğına qarşı baxış keçirilib, 14 un dəyirmanı və 2 yem anbarının yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılıb, 1479 nəfər yanğına qarşı təlimatlandırılıb".
Kollegiya iştirakçılarının diqqətinə çatdırılıb ki, yanğına qarşı profilaktik tədbirlərin aparılmasına baxmayaraq, 2015-ci ilin 6 ayı ərzində muxtar respublika ərazisində 5 yanğın hadisəsi qeydə alınıb, 82 min 700 manat dəyərində əmlak və tikili yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi