“190 manatın verilməsi ilə bağlı şərtlərin yumşalması məsələsi yoxdur” - RƏSMİ

“190 manatın verilməsi ilə bağlı şərtlərin yumşalması məsələsi yoxdur” - RƏSMİ “İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin (190 manat) verilməsi ilə bağlı şərtlərin yumşalması məsələsi yoxdur”.
Sosial müdafiə
20 Aprel , 2020 20:18
“190 manatın verilməsi ilə bağlı şərtlərin yumşalması məsələsi yoxdur” - RƏSMİ
Report

“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin (190 manat) verilməsi ilə bağlı şərtlərin yumşalması məsələsi yoxdur”.

“Report”un xəbərinə görə, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, birdəfəlik ödəmənin alınması üçün iki əsas meyar var:

“Birinci meyar ondan ibarətdir ki, vətəndaş işsiz statusuna uyğun gəlməlidir. 190 manatlıq birdəfəlik vəsaiti almaq üçün ikinci əsas meyar isə odur ki, ailədə ər və ya arvad dövlətdən hər hansı bir digər ödənişləri (pensiya, müavinət, təqaüd və digər bənzər ödənişlər) almamalıdır. Müraciət edən şəxslər bu iki meyardan keçərlərsə, onlara 190 manatlıq birdəfəlik vəsait təyin olunur və ödənilir”.

Son xəbərlər

Orphus sistemi