Lənkəranda bayram yarmarkası keçirilib

Lənkəranda bayram yarmarkası keçirilib Lənkəran rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ərzaq və yeyinti məhsullarının satış yarmarkası keçirilib.
Sosial müdafiə
29 Dekabr , 2019 15:36
Lənkəranda bayram yarmarkası keçirilib

Lənkəran rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ərzaq və yeyinti məhsullarının satış yarmarkası keçirilib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan yarmarkada əhalinin sərbəst alış-verişi üçün lazım olan şərait yaradılıb.

Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli vətəndaşlar iştirak ediblər. Səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına uyğun olaraq, ümumilikdə, 30 tondan çox müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, meyvələr, şirələr və gündəlik ərzaq malları çıxarılıb.

Ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarının bazar qiymətindən 25-30 faiz, yeyinti məhsullarının isə 15-20 faiz aşağı qiymətlərlə təklif olunması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.

Günboyu davam edən bayram yarmarkasına Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi şəxsləri baş çəkərək burada yaradılmış şəraitlə, habelə, məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.

Son xəbərlər

Orphus sistemi