İndiyədək "YAŞAT" Fondu 184 şəxsi müalicə üçün Türkiyəyə göndərib

İndiyədək "YAŞAT" Fondu 184 şəxsi müalicə üçün Türkiyəyə göndərib Bu günə kimi "YAŞAT" Fondu 184 şəxsi müalicə məqsədi ilə Türkiyəyə göndərib.
Sosial müdafiə
8 Dekabr , 2022 11:28
İndiyədək YAŞAT Fondu 184 şəxsi müalicə üçün Türkiyəyə göndərib
Elvin Hüseynov

Bu günə kimi "YAŞAT" Fondu 184 şəxsi müalicə məqsədi ilə Türkiyəyə göndərib.

"Report" xəbər verir ki, bunu Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür:

"Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir.

“YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. Ötən il martın 10-da Türkiyədən dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib".

Fondun rəhbəri əlavə edib ki, ötən ilin fevral-mart aylarında İsraildən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib".

Son xəbərlər

Orphus sistemi