Əlilliyi olan şəxslərin məşğulluq imkanlarına təsir edən amillər açıqlanıb

Əlilliyi olan şəxslərin məşğulluq imkanlarına təsir edən amillər açıqlanıb Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluq imkanlarına və iş axtarışının səmərəliliyinə təsir edən amillər açıqlanıb.
Sosial müdafiə
5 Dekabr , 2023 12:02
Əlilliyi olan şəxslərin məşğulluq imkanlarına təsir edən amillər açıqlanıb

Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluq imkanlarına və iş axtarışının səmərəliliyinə təsir edən amillər açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə "Müstəqil Həyat Tərzi Əlillərə Dəstək" İctimai Birliyinin sədri Aydın Xəlilov dekabrın 5-də Bakıda keçirilən "Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması" mövzusunda tədbirdə məlumat verib.

Onun sözlərinə görə, əsas amillərdən biri təhsil səviyyəsidir: "Əlilliyi olan şəxsin yaşı və əlilliyin baş verdiyi yaş, əlillik növü, mövcud bacarıqlar, xüsusi bilik və yenidən hazırlıq qabiliyyəti, ailənin əlilliyi olan şəxsin dəstəkləməsi imkanları vacib amillərdən biridir. Əlilliyi olan şəxslərin məşğulluq problemlərindən biri də onlara həddindən artıq qayğının göstərilməsi və asılı mövqedə olmasıdır".

Son xəbərlər

Orphus sistemi