Sədr: "DSMF-nin Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı azalıb"

Sosial müdafiə
  • 24 iyul, 2015
  • 05:20
Sədr: DSMF-nin Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı azalıb

Bakı. 24 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Dövlət Sosial Müdafiə Fondunun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azalıb. "Report" xəbər verir ki, bunu Fondun sədri Elman Mehdiyev deyib.

O qeyd edib ki, müraciətlərin 18,8 faizi bilavasitə pensiya və müavinətlərin hesablanması, 16,2 faizi pensiya və müavinətlərin təyinatı, 9,9 faizi pensiya və müavinətlərin ödənişi məsələləri ilə bağlı olub: "Müraciətlərin 8,4 faizini məcburi dövlət sosial sığortasına, 2,5 faizini sosial sığorta şəhadətnaməsinin verilməsinə dair sorğular əhatə edib. Müraciətlərin 44,2 faizi isə digər məsələlərə aid olub".

44 filmi