Dövlət Statistika Komitəsi: Sosial şəbəkələrdə yayılan rəqəmlər işsizlərin sayını düzgün göstərmir - SİYAHI

Dövlət Statistika Komitəsi: Sosial şəbəkələrdə yayılan rəqəmlər işsizlərin sayını düzgün göstərmir - SİYAHI Bakı. 8 oktyabr. REPORT.AZ/ Sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir, orada işsizlikdən sığorta ödənişi alanların sayı əks olunub.
Sosial müdafiə
1254
8 Oktyabr , 2018 12:15
Dövlət Statistika Komitəsi:  Sosial şəbəkələrdə yayılan rəqəmlər işsizlərin sayını düzgün göstərmir - SİYAHI
Report

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir, orada işsizlikdən sığorta ödənişi alanların sayı əks olunub".

Bunu "Report"a açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə deyib.

O bildirib ki, işsizlikdən sığorta ödənişini işsiz statusu alan şəxslər ala bilərlər: "Qeyd olunan məlumatları Komitə rəsmi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alır. Rəsmi məlumatlara görə, sentyabr ayının 1-i vəziyyətinə ölkədə 35 440 nəfər işsiz statusu alan şəxs var".

Şöbə müdiri sosial şəbəkələrdə yayılan siyahıdakı rayonlar üzrə işsiz statusu və işsizlikdən sığorta ödənişi alan şəxslərin siyahsını da açıqlayıb.

Siyahını təqdim edirik:

Azərbaycanda olan rəsmi işsiz statusu alanların sayı

Tovuz rayonu üzrə         230

Goranboy rayonu üzrə  174

Ağstafa rayonu üzrə      151

Daşkəsən rayonu üzrə   3

Balakən rayonu üzrə      181

Qəbələ rayonu üzrə       127

Astara rayonu üzrə         92

Qusar rayonu üzrə          95

Beyləqan rayonu üzrə    170

Ağcabədi rayonu üzrə    313

İşsizlikdən sığorta ödənişi alanların sayı

Tovuz rayonu üzrə           6

Goranboy rayonu üzrə    4

Ağstafa rayonu üzrə        3

Daşkəsən rayonu üzrə    0

Balakən rayonu üzrə       3

Qəbələ rayonu üzrə        3

Astara rayonu üzrə         1

Qusar rayonu üzrə         1

Beyləqan rayonu üzrə    1

Ağcabədi rayonu üzrə    1

Son xəbərlər

Orphus sistemi