DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq - YENİLƏNİB

DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq - YENİLƏNİB Ailə
Sosial müdafiə
29 Dekabr , 2023 17:17
DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq - YENİLƏNİB

Sabirabad rayonunda 12 yaşlı yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

14:16

Sabirabadda uşaq evliliyinə cəhd olunması ilə bağlı məlumat mediada və sosial şəbəkələrdə yayılmadan öncə rayondan daxil olan məlumat əsasında aidiyyəti qurumların əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın həmçinin Polis əməkdaşlarının və Komitənin Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakı ilə ailəyə səfər olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, məsələ ilə bağlı ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, yekun olaraq valideynlərdən azyaşlı qızın 18 yaşı tamam olana qədər toy mərasiminin baş tutmayacağına dair yazılı izahat alınıb: "Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Ailə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. Baş verənlər qızın psixoloji durumuna mənfi təsir göstərməsin deyə Komissiyanın və mərkəzin psixoloqları onunla tez-tez görüş də təşkil edəcəklər".

Son xəbərlər

Orphus sistemi