Azərbaycan Basketbol Liqası: "LANDAU Lions" "Gəncə" ilə üz-üzə gələcək

Komanda
  • 15 noyabr, 2026
  • 09:23
Azərbaycan Basketbol Liqası: LANDAU Lions Gəncə ilə üz-üzə gələcək

Azərbaycan Basketbol Liqasının VII turunda bu gün daha bir qarşılşama keçiriləcək.

"Report"un məlumatına görə, "LANDAU Lions" "Gəncə" ilə üz-üzə gələcək.

Görüş Milli Gimnastika Arenasında saat 14:00-da start götürəcək.

"LANDAU Lions" turnir cədvəlində 7 xalla 5-ci pillədə yer alıb. Eyni xala malik Gəncə təmsilçisi yeddincidir.

Qeyd edək ki, turun ilk matçında "Sabah" "Neftçi"ni 93:78 hesabı ilə məğlub edib.

44 filmi