“DOST Müfəttiş” layihəsi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb

“DOST Müfəttiş” layihəsi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb “DOST Müfəttiş” layihəsi ABŞ-də keçirilən “Globee Business Awards” müsabiqəsində də mükafata layiq görülüb.
Sosial müdafiə
28 Dekabr , 2024 18:23
“DOST Müfəttiş” layihəsi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb

“DOST Müfəttiş” layihəsi ABŞ-də keçirilən “Globee Business Awards” müsabiqəsində də mükafata layiq görülüb.

“Report”un məlumatına görə, ABŞ-nin aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Globee Business Awards” beynəlxalq müsabiqəsində bu layihənin işəgötürənlər üçün təmin etdiyi qiymətləndirmə dəstəyini münsiflər heyəti yüksək qiymətləndirib.

“DOST Müfəttiş” biznesin inkişafına innovativ töhvə verən layihə kimi qəbul edilərək müsabiqənin mükafatına layiq görülüb.

Müsabiqədə həmçinin ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və digər ölkələrdən 100-dən çox layihə iştirak edib.

Bununla da “DOST Müfəttiş” layihəsi sayca 3-cü beynəlxalq mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi