Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və aidiyyəti ərazi polis orqanlarının müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Sumqayıtda bu şəhərin, eyni zamanda, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa rayonlarının sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.
Tədbir zamanı 232 vətəndaşa, o cümlədən 16 yaşına çatmayan 64, 16 yaşına çatmış 168 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib. Bundan əlavə, 198 nəfərin də şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.
DİN bildirir ki, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.