Azərbaycanda məhkəmə hakimləri üçün yeni mükafatlar təsis olunub

Azərbaycanda məhkəmə hakimləri üçün yeni mükafatlar təsis olunub Layihə səsə çıxarılaraq qəbul edilib
Sosial müdafiə
30 Dekabr , 2014 13:59
Azərbaycanda məhkəmə hakimləri üçün yeni mükafatlar təsis olunub

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barədə bir neçə həvəsləndirmə tədbirləri görəcək. “Report” xəbər verir ki, bununla bağlı Milli Məclis “Məhkəmələr və hakimlər haqqında” qanunun 110-cu maddəsinə dəyişiklik edib.

Dəyişikliyə əsasən, Məhkəmə-Hüquq Şurası hakimləri qiymətli hədiyyə ilə mükafatlandıra, fəxri fərman və fəxri döş nişanı ilə təltif edə, eləcə də hakimin təltif olunmasına dair müvafiq icra hakimiyyəti orqanına təklif verə bilər.

Xatırladaq ki, maddənin hazırkı variantında Məhkəmə-Hüquq Şurası onlara yalnız təşəkkür elan edə bilərdi.

Dəyişiklik layihəsi səsə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi