Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirib.
"Report"un xəbərinə görə, tədbirdə YAP Nizami rayon təşkilatının Gənclər Birliyi və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov və başqaları iştirak edib. Sevinc Abdullayeva çıxış edərək tədbirdə iştirak edən uşaqları 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib : "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Bu səbəbdən də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir. Uşaqları Beynəlxalq Müdafiə Günü ölkəmizdə hər il təntənəli şəkildə qeyd olunur. Düşünürəm ki, hər bir azərbaycanlı əlindən gəldiyi qədər azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir".
Tədbirdə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları çıxış edib. Həmçinin uşaqlar üçün konsert proqramı keçirilib, müxtəlif oyunlara, şən klounların iştirakına yer verilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi