​Rusiya 2015-ci ildə rekord miqdarda qarğıdalı məhsulu əldə edə bilər

​Rusiya 2015-ci ildə rekord miqdarda qarğıdalı məhsulu əldə edə bilər Azərbaycan qonşu ölkənin iri qarğıdalı alıcılarından biridir
Sənaye
13 Avqust , 2015 08:19
​Rusiya 2015-ci ildə rekord miqdarda qarğıdalı məhsulu əldə edə bilər

Bakı. 13 Avqust. REPORT.AZ/ Rusiyanın kənd təsərrüfatı istehsalçıları bu il 12,3 milyon ton qarğıdalı məhsulu toplaya bilərlər ki, bu da rekord göstərici hesab olunacaq.

"Report" xəbər verir ki, bu barədə "Rusaqrotrans" şirkətinin (Rusiya kənd təsərrüfatı məhsullarının iri dəmir yol daşıyıcısı) hesabatında bildirilir.

"Ölkənin cənubunda əkin sahələrinin vəziyyətinin yaxşı olması səbəbindən qarğıdalı istehsalı proqnozu ikinci ay ardarda yüksəlir və hazırda 12,3 milyon ton təşkil edir ki, bu da mütləq rekord olmalıdır", - deyə "Rusaqrotrans"ın materiallarında bildirilir.

Ötən ilin yekununa görə, Rusiyada 11,3 mln. ton qarğıdalı məhsulu toplanıb.

Şirkətin Strateji Marketinq Departamentinin direktor müavini İqor Pavenskinin sözlərinə görə, hazırda Rusiyada qarğıdalıya tələbat həcmi təqribən 8,5 ton təşkil edir. O bildirib ki, 2015/16-cı illər mövsümündə qarğıdalı ixracı gələcəkdə tələbat artımı nəzərə alınmaqla 3,5 mln. ton təşkil edə bilər. Bu göstərici 2014/15-ci illər mövsümündə 2,98 mln. tona bərabər olub.

Hazırda Rusiya qarğıdalısının ən iri alıcıları Türkiyə (1,38 mln tondan yuxarı), Koreya (təqribən 566 min ton), İran (265,3 min ton) və Azərbaycandır (192,8 min ton).

Son xəbərlər

Orphus sistemi