"Petkim" bu il 400 min ton əlavə məhsul istehsal edib

"Petkim" bu il 400 min ton əlavə məhsul istehsal edib "Petkim"in istehsal gücündən istifadə göstəricisi son bir ildə 89%-dən 97%-ə çatdırılıb
Sənaye
25 Dekabr , 2017 17:36
Petkim bu il 400 min ton əlavə məhsul istehsal edib
“Petkim Holding”in baş direktoru Anar Məmmədov / Report/ Firi Salim

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu il “Petkim” neft-kimya kompleksində 400 min ton əlavə məhsul istehsal edilib.

“Report” xəbər verir ki, bunu əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in baş direktoru Anar Məmmədov “Bloomberg HT”-də yayımlanan “Piyasa hattı” proqramında bildirib.

Onun sözlərinə görə, “Petkim”in istehsal gücündən istifadə göstəricisi 97% təşkil edir. Holdinqin baş direktoru ötən il isə bu göstəricinin 89% olduğunu qeyd edib.

O bildirib ki, başa çatmaqda olan il “Petkim” üçün çox uğurlu olub.

A.Məmmədov gələn ilin proqnozundan da danışaraq qeyd edib ki, gələn il üçün ən böyük hədəf bu ilin uğurlu nəticələrini qorumaqdır: “Gələn il daha riskli il kimi görünür. Neft-kimya məhsullarının qiymətlərində dalğalanmalar olacağı proqnozlaşdırılır. Hədəfimiz isə bazarın şərtlərindən müstəqil olmaqdır”.

Baş direktor gələn il istifadəyə verilməsi planlaşdırılan STAR neft emalı zavodunun (NEZ) “Petkim”ə müsbət təsiri olacağını bildirib: “Hazırda bazardan ildə 2 mln. ton nafta alırıq. STAR zavodunda istehsal başladıqdan sonra müəssisə tam olaraq “Petkim”i xam malla təmin edəcək. Bu da bizə əlavə investisiyalara imkan yaradacaq. Düşünürük ki, 2018-ci il uğurlu il olacaq”.

A.Məmmədov ümumi nominal dəyəri 500 mln. ABŞ dolları olan avrobond emissiyası planı barədə də danışaraq bildirib ki, bu istiqrazlar STAR-da pay almaq üçün buraxılır: “Biz istəyirik ki, STAR-ın İdarə Heyətində “Petkim Holding” təmsil olunsun. STAR-da “Petkim”in səs sahibi olmasını istəyirik. Hansı həcmdə hissənin alınması ilə bağlı isə konkret rəqəmi söyləmək hələ tezdir”.

Son xəbərlər

Orphus sistemi