Nazirlər Kabineti “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”i təsdiq edib.
“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir
Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər aşağıdakı kimi müəyyənləşib:
Sıra №-si | Faydalı qazıntının adı | 1 m3 qanunsuz işlədilən faydalı qazıntıya görə (manatla) |
1. | Qum | 20.0 |
2. | Çınqıl | 20.0 |
3. | Çaqıl | 20.0 |
4. | Qırmadaş | 25.0 |
5. | Gil | 30.0 |
6. | Gilcə | 25.0 |
7. | Pemza | 25.0 |
8. | Gəc | 30.0 |
9. | Süxur (qarışıq) | 18.0 |
10. | Əhəngdaşı | 35.0 |
11. | Dolomit | 18.0 |
12. | Mergel | 25.0 |
13. | Kvars qumu | 35.0 |
14. | Mərmər | 300.0 |
15. | Qabbro | 700.0 |
16. | Tuflar | 20.0 |
17. | Travertin | 45.0 |
18. | Mərmərləşmiş əhəngdaşı | 230.0 |
19. | Seolit | 300.0 |
20. | Barit | 500.0 |
21. | Bentonit gilləri | 85.0 |
22. | Kaolin | 12.0 |
23. | Odadavamlı gillər | 15.0 |
24. | Vulkan külü | 35.0 |
25. | Bitumlaşmış qumlar | 60.0 |
26. | Çınqıl-qum qarışığı | 5.0 |
27. | Göl duzu | 340.0 |
28. | Daş duz | 450.0 |
29. | Gips | 35.0 |
30. | Məmulatdaşları(qiymətli, yarımqiymətli) | 45.0 |
31. | Dağ-mədən işləri ilə əlaqədar tullantılar | 15.0 |
Qeyd edək ki, torpağın üst münbit qatının qanunsuz götürülməsi zamanı hər 1 m3 üçün təbiətə dəymiş ziyanın məbləği 290 (iki yüz doxsan) manat məbləğində hesablanır.
Xüsusi mühafizə olunan təbiət ərazilərində, turizm və rekreasiya zonalarında yer təkinin qanunsuz istismarı zamanı təbiətə dəymiş ziyanın məbləği 3 qat qiyməti ilə hesablanır.
Bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir.