Bu il Britaniya şirkəti Azərbaycanda gümüş istehsalını 30 %-dək artırıb

Sənaye
  • 14 oktyabr, 2021
  • 13:36
Bu il Britaniya şirkəti Azərbaycanda gümüş istehsalını 30 %-dək artırıb
google.az

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin yanvar-sentyabr aylarında 48 487 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.

“Report”un şirkətin açıqladığı hesabata əsasən, bu, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,36 % azdır. 2020-ci ilin 9 ayında bu həcmlər 50 702 unsiya qızıl ekvivalenti təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində şirkət tərəfindən 37 096 unsiya qızıl hasil edilib. Bu, 2020-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 14,5 % azdır.

Doqquz ay ərzində Britaniya şirkəti 1 906 ton mis istehsal edib. Bu, 2020-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 0,6 % çoxdur.

Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 115 843 unsiya təşkil edib. Bu isə 2020-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 29,3 % çoxdur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

44 filmi