Bu il Azərbaycanda qızıl istehsalı 20 %-dən çox azalıb

Sənaye
  • 13 iyun, 2023
  • 13:16
Bu il Azərbaycanda qızıl istehsalı 20 %-dən çox azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 886,6 kq qızıl, 1 794,5 kq gümüş istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,6 %, gümüş istehsalı 28,1 % az olub.

Hesabat dövründə Azərbaycanda mis konsentratının istehsalı 1 570,3 ton olub ki, bu da 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 50,3 % çoxdur.

Bu ilin iyunun 1-nə ölkədə 183,4 kq qızıl, 417,1 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin iyunun 1-nə 608,1 ton təşkil edib.

44 filmi