Azərbaycan karbamid ixracından gəlirlərini 17 dəfə artırıb

Sənaye
  • 31 mart, 2022
  • 13:44
Azərbaycan karbamid ixracından gəlirlərini 17 dəfə artırıb

Bu ilin fevral ayında Azərbaycan 14,7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 14 milyon ABŞ dolları və ya 21 dəfə çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində isə Azərbaycan 29,3 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da 2021-ci ilin iki aylıq göstəriciləri ilə müqayisədə 27,6 milyon ABŞ dolları və ya 17,2 dəfə çoxdur.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.