Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti Qarabağ iqtisadi rayonundakı müqavilə sahələrinə çıxış əldə etmək üçün Azərbaycan hökuməti ilə danışıqlara başlayıb.
Sənaye
17 May , 2024 13:08
Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti Qarabağ iqtisadi rayonundakı müqavilə sahələrinə çıxış əldə etmək üçün Azərbaycan hökuməti ilə danışıqlara başlayıb.

"Report" bu barədə şirkətin məlumatına istinadən xəbər verir.

“Azərbaycan 2023-cü ildə Qarabağ üzərində tam suverenliyini bərpa edib və Rusiya sülhməramlıları bu yaxınlarda bu ərazini tərk ediblər. Hələlik şirkətə Qarabağdakı müqavilə sahələrinə giriş icazəsi verilməyib. Bununla belə, müqavilə sahələrində yerləşən aktivlərə giriş və hasilatın başlanması ilə bağlı hökumətlə ilkin danışıqlara başlanılıb”, - məlumatda bildirilib.

Şirkət vurğulayıb ki, “Dəmirli” mis-molibden yatağı Dəmirli müqavilə ərazisində yerləşən perspektivli layihədir: “Anglo Asian Mining” şirkəti Qarabağdakı müqavilə sahələrində aktivlərlə bağlı müxtəlif sənədləri əldə etməyə və qarşılaşdırmağa başlayıb. Bu yaxınlarda texniki qrup “Dəmirli” emal zavodunda olub”.

Qeyd edək ki, “Anglo Asian Mining” hazırda “Gədəbəy” və “Qoşa” müqavilə sahələrində əməliyyat aparır. İlk qızılın hasilatı 2009-cu ildə “Gədəbəy” yatağından başlayıb, 2013-cü ilin sentyabrında şirkət “Qoşa” müqavilə sahəsinin işlənilməsinə start verib.

Xatırladaq ki, “Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Son xəbərlər

Orphus sistemi