Bakıda "CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisi açılıb

Bakıda "CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisi açılıb Bakıda "CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisi açılıb
Sənaye
15 May , 2022 12:58
Bakıda CASPINDEXPO 2022 beynəlxalq ticarət və sənaye sərgisi açılıb

Bu gün Bakıda "International Fairs Trade Group" şirkətinin təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə "CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisinin açılışı keçirilib.

"Report" xəbər verir ki, sərgidə İranın Azərbaycandakı Səfirliyi, Türkiyə Ticarət Palatasının nümayəndələri iştirak ediblər. Sərgi mayın 18-ə qədər davam edəcək. Sərgidə müxtəlif ölkələr, əsasən də İran şirkətləri təmsil olunur.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sərginin təşkil edilməsinə görə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təşəkkür edib.

O əlavə edib ki, koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər artıq aradan götürülüb: "Çox şadam ki, bu gün sərgi təşkil edirik və bu sərgidə böyük potensiala malik İran şirkətlərinin nümayəndələri iştirak edirlər. İranın Azərbaycandakı Səfirliyi bütün şirkətlərə dəstək verməyə də hazırdır".

Xatırladaq ki, sərgi çərçivəsində sabah biznes-forum təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi