Bakıda 7 ayda 31 milyard manatlıq sənaye məhsulları istehsal olunub

Sənaye
  • 22 avqust, 2024
  • 08:09
Bakıda 7 ayda 31 milyard manatlıq sənaye məhsulları istehsal olunub

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 31,2 milyard manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 2,6 milyard manat və ya 7,7 % azdır.

Bu ilin yanvar-iyul aylarında sənaye məhsulunun 76,6 %-i mədənçıxarma, 20,4 %-i emal, 2,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin avqustun 1-nə 446,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 46,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Xatırladaq ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1 %, qeyri neft-qaz sektorunda isə 8 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti