Azərbaycanda içki istehsalı 92% artıb

Sənaye
  • 15 iyul, 2023
  • 11:05
Azərbaycanda içki istehsalı 92% artıb

Bu ilin I yarısında Azərbaycanda 36 milyon 128,5 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92,2 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda spirtli içki istehsalı 3 838,6 min dekalitr (1 il əvvələ nisbətən 26,5 % çox), o cümlədən araq istehsalı 633,8 min dekalitr (10,6 % çox), viski-konyak istehsalı 119,2 min dekalitr (8,6 dəfə çox), üzüm şərabı istehsalı 586,8 min dekalitr (69,5 % çox), pivə istehsalı 2 498,8 min dekalitr (18,9 % çox) təşkil edib.

6 ayda 21 milyon 096,9 min dekalitr (il ərzində 19,6 % artıb) spirtsiz içki, 11 milyon 193,0 min dekalitr (38,2 % artıb) şirinləşdirilməmiş sular istehsal edilib.

Bu ilin iyulun 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 428,6 min dekalitr, spirtsiz içki ehtiyatı isə 1 milyon 018,7 min dekalitr olub.