Azərbaycanda içki istehsalı 84 % artıb
- 20 mart, 2023
- 13:23
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 7 milyon 561,8 min dekalitr içki istehsal edilib ki, bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 84 % çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanda spirtli içki istehsalı 886,2 min dekalitr (1 il əvvələ nisbətən 20,9 % çox), o cümlədən araq istehsalı 207,6 min dekalitr (18,8 % çox), viski-konyak istehsalı 9,3 min dekalitr (3,1 dəfə çox), üzüm şərabı istehsalı 157,6 min dekalitr (52,3 % çox), pivə istehsalı 511,7 min dekalitr (18,9 % çox) təşkil edib.
İki ayda 4 milyon 208,3 min dekalitr (il ərzində 14,6 % artıb) spirtsiz içki, 2 milyon 467,3 min dekalitr (51,1 % artıb) şirinləşdirilməmiş sular istehsal edilib.
Bu ilin martın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 433,3 min dekalitr, spirtsiz içki ehtiyatı isə 1 milyon 174 min dekalitr olub.