Azərbaycanda Britaniyanın qızıl hasilatçısı yeni layihəsinə investisiya həcmini açıqlayıb

Sənaye
  • 22 noyabr, 2022
  • 13:00
Azərbaycanda Britaniyanın qızıl hasilatçısı yeni layihəsinə investisiya həcmini açıqlayıb

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining PLC” şirkəti flotasiya qurğusunun genişləndirilməsinə 2,5 milyon ABŞ dolları yatıracaq.

Bu barədə “Report” şirkətə istinadən məlumat verib.

Bildirilir ki, “Anglo Asian Mining PLC” şirkəti gücü iki dəfə artırılacaq flotasiya qurğusunun genişləndirilməsinə başlayaıb və bu addım həmçinin onun əlavə əməliyyat çevikliyini təmin edəcək.

“Anglo Asian Mining”in Baş icraçı direktoru Reza Vəziri bildirib ki, genişlənmə şirkətinın qısa və ortamüddətli perspektivdə yeni mədənlərdən filiz emal etmək üçün ötürmə qabiliyyətinin artırılmasının bir hissəsini təşkil edir.

Onun sözlərinə görə, bu işlər 2023-cü ilin ikinci yarısında hasilata başlaması nəzərdə tutulan “Zəfər” yatağı ilə başlayacaq: “Bu, şirkətin illik 100 000 unsiya qızıl ekvivalenti hasil edən orta səviyyəli şirkət olmaq hədəfini dəstəkləyir. Genişlənmənin ümumi dəyəri 2,5 milyon ABŞ dolları həcmində qiymətləndirilir və bu, şirkətin mövcud pul vəsaitləri hesabına ödəniləcək”.

O qeyd edib ki, şirkət növbəti artım mərhələsinin başlanğıcındadır: “Çünki biz bir sıra yeni mədənləri istehsala gətirməyə hazırlaşırıq. Ortamüddətli inkişaf strategiyamızın inkişafı uğurla davam edir və biz əlavə mədənləri yerləşdirmək üçün emal imkanlarımızı artırmalıyıq. Bu genişləndirmə şirkətin istehsala daxil olan yeni mədənlərinə hazırlanmasında mühüm addımdır. “Zəfər” yatağında mədən dizaynı yaxşı inkişaf etdirilib və hasilat 2023-cü ilin ikinci yarısında başlayacaq”.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

44 filmi