Azərbaycan yük avtomobillərinin istehsalını 2,2 dəfə artırıb

Sənaye
  • 17 mart, 2023
  • 10:01
Azərbaycan yük avtomobillərinin istehsalını 2,2 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 112 ədəd yük avtomobili istehsal edilib, bu isə bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Martın 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə 92 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 10,4 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 23 % azalıb.

Cari ilin ilk iki ayında ölkədə 456 ədəd və ya 2022-ci ilin müvafiq ayları ilə müqayisədə 179 ədəd və yaxud 64,6 % çox minik avtomobili istehsal olunub. Bu ilin martın 1-nə ölkədə 465 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 164 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin yanvar-fevral aylarının göstəricisindən 2,8 dəfə çoxdur. Nəticədə, bu il martın 1-nə ölkədə 16 ədəd hazır məhsul ehtiyatı yaranıb.