Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" xəbər verir ki, bunu Bakıda "Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransında Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.
Onun sözlərinə görə, ildə 500 min ton karbamidin ixracı nəzərdə tutulur və bu həcmin böyük hissəsi Türkiyə bazarına yönəldiləcək: “Türkiyə hazırda azot gübrəsinin ən böyük idxalçılarından biridir. Bu ölkə İldə 2,5 mln. ton gübrə idxal edir. Bundan başqa, Qara və Aralıq dənizi ölkələri də ixrac bazarları kimi nəzərdə tutulub".
X. Cəfərov qeyd edib ki, Koreyanın "Samsung Engineering Co., Ltd.” şirkəti Karbamid zavodunu bu ilin may ayında tam olaraq təhvil verəcək. Onun sözlərinə görə, ilkin təhvil işləri aprelin əvvəlində həyata keçiriləcək.
Maliyyələşmədən da danışan zavodun direktoru bildirib ki, Karbamid zavodunun ümumi dəyəri 780 mln. avro təşkil edir: "Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Büdcədən 197 mln. avro vəsait ayrılıb.Maliyyələşmənin 500 mln. avro hissəsi dövlət zəmanəti ilə kredit hesabına həyata keçirilib Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM) 251 mln. avro, habelə "Societe Generale" (Fransa), "Deutsche Bank"(Almaniya) və "UniCredit" (Avstriya) banklarından 249 mln. avro vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədi ilə SOCAR tərəfindən 80-85 mln. avro məbləğində vəsait ayrılıb".
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “
Xatırladaq ki, Karbamid zavodunun təməli 2011-ci ildə Prezident