Azərbaycan ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb

Azərbaycan ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, Dövlət Neft Şirkəti (SOCAR) və "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin birgə müəssisəsi - "SOCAR-STP" MMC ölkədə ilk dəfə
Sənaye
11 Aprel , 2023 10:48
Azərbaycan ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, Dövlət Neft Şirkəti (SOCAR) və "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin birgə müəssisəsi - "SOCAR-STP" MMC ölkədə ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb.

"Report" xəbər verir ki, bu gün bır sıra dövlət qurumlarının, şirkət əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə məhsulun təqdimatı keçirilib.

Mərasimdə kranın iş prosesi qonaqlara nümayiş etdirilərək layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, “80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında hazırlanıb və onun platformalarında istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi