“Anglo Asian Mining” Ukraynadakı münaqişənin Azərbaycandakı əməliyyatlarına əhəmiyyətli təsirini gözləmir

“Anglo Asian Mining” Ukraynadakı münaqişənin Azərbaycandakı əməliyyatlarına əhəmiyyətli təsirini gözləmir ​​​​​​​
Sənaye
10 Mart , 2022 11:57
“Anglo Asian Mining” Ukraynadakı münaqişənin Azərbaycandakı əməliyyatlarına əhəmiyyətli təsirini gözləmir

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkətinin fəaliyyətinə təsir göstərməyib.

Bu barədə “Report”a Böyük Britaniya şirkətinin Azərbaycan nümayəndəliyindən bildiriblər.

Məlumata görə, şirkət və onun Azərbaycandakı əməliyyatları Rusiya dövlətinə və Rusiyanın müxtəlif şirkət və şəxslərinə qarşı tətbiq edilən son beynəlxalq sanksiyalardan təsirsiz ötüşüb.

Bildirilir ki, şirkət Ukraynadakı münaqişə səbəbindən onun təchizat zəncirinə və ya əməliyyatlarına əhəmiyyətli təsir gözləmir: “Lakin hadisələr müntəzəm olaraq izləməyə davam ediləcək”.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi