“Anglo-Asian Mining” şirkətinin pul vəsaitlərinin həcmi bir ildə 21 %-dən çox artıb

Sənaye
  • 13 yanvar, 2022
  • 09:04
“Anglo-Asian Mining” şirkətinin pul vəsaitlərinin həcmi bir ildə 21 %-dən çox artıb

2021-ci ilin sonuna Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin pul vəsaitlərinin həcmi 37,5 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin 2021-ci ilin yekunlarına dair hazırladığı hesabatında qeyd olunub.

Məlumata görə, şirkətin pul vəsaitlərinin həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6 milyon ABŞ dolları və ya 21,35 % artıb.

Qeyd edək ki, 2020-ci il ərzində şirkətin pul vəsaitlərinin həcmi 30,9 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Bütün Xəbər Lenti