“Anglo Asian Mining” Qarabağda yataqların işlənməsinə başlamağı planlaşdırır

“Anglo Asian Mining” Qarabağda yataqların işlənməsinə başlamağı planlaşdırır Hökumət bu sahədə bütün hərbi əməliyyatların başa çatdığını elan etdikdə, bu yataqların müqaviləsi sıfırlanacaq
Sənaye
24 Sentyabr , 2021 15:04
“Anglo Asian Mining” Qarabağda yataqların işlənməsinə başlamağı planlaşdırır

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkəti işğaldan azad olunan ərazilərdəki yataqların işlənməsinə başlamağı planlaşdırır.

Bu barədə “Report” şirkətin yaydığı hesabata istinadən məlumat verir.

"Ancaq şirkət bu ərazilərə giriş icazə veriləndən sonra yataqların işlənməsinə başlamaq niyyətindədir", - hesabatda bildirilir.

Qeyd edək ki, 1997-ci ildə Hasilatın Pay Bölgüsü (PSA) müqaviləsi çərçivəsində şirkət 3-ü Qarabağda olmaqla – “Suteli”, “Vejnəli” və “Qızılbulaq” yataqlarında yerləşən altı müqavilə sahəsi alıb.

Şirkətin məlumatında qeyd edilir ki, bir müddətdən sonra bu yataqların müqaviləsi sıfırlanacaq: “Başqa sözlə, şirkət bu yataqlarda kəşfiyyat üçün 5 il, hasilat üçün 15 il müddətinə müqaviləni 5 illik müddətə iki dəfə uzatmaq imkanı əldə edəcək”.

Artıq “Anglo Asian Mining Plc” şirkətinin nümayəndələri Zəngilanda yerləşən yataqda olublar. Əvvəllər ermənilər orada qiymətli metalların çıxarılması ilə məşğul olurdular.

Qeyd edək ki, bu yataqların potensialı hələ də məlum deyil.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi