ÜST: Azərbaycanda epidemiya nəzarəti səmərəlidir

ÜST: Azərbaycanda epidemiya nəzarəti səmərəlidir Hazırda Avropada COVID-19 virusuna yoluxma halları 2,2 milyondan, ölənlər isə 181 mindən çoxdur.
Sağlamlıq
3 İyun , 2020 14:50
ÜST: Azərbaycanda epidemiya nəzarəti səmərəlidir

"Hazırda Avropada COVID-19 virusuna yoluxma halları 2,2 milyondan, ölənlər isə 181 mindən çoxdur".

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.

O deyib ki, gündəlik yoluxma hallarının sayı aprel ayına nisbətən, təqribən, ikiqat azalsa da, təhlükə hələ də çox böyükdür: 

"Bəzi ölkələrdə vəziyyət tədricən sabitləşir, yeni yoluxma halları azalır. Bir sıra ölkələrin səhiyyə sistemində görülən tədbirlər nəticəsində yeni yoluxma hallarının bir qədər artmasının qarşısı alınır. Azərbaycan, İsrail və Ermənistan milli xüsusiyyətlərini nəzərə alaraq əhəmiyyətli tədbirlər görür”.

Onun sözlərinə görə, son həftələr ərzində aralarında Azərbaycan və Qazaxıstanın da olduğu bəzi ölkələr test strategiyalarına dəyişiklik edərək epidemiologiya nəzarəti sistemləri sayəsində daha çox yoluxma hallarını üzə çıxarırlar.

Son xəbərlər

Orphus sistemi