Səhiyyə Nazirliyi Avropa Liqasının final oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Səhiyyə Nazirliyi Avropa Liqasının final oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib Bu gün Bakıda keçiləcək Avropa Liqasının final oyunu ilə əlaqədar Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.
Sağlamlıq
29 May , 2019 14:18
Səhiyyə Nazirliyi Avropa Liqasının final oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Bu gün Bakıda keçiləcək Avropa Liqasının final oyunu ilə əlaqədar Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq. 

Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Nazirlik tərəfindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 39 təcili yardım avtomobili azarkeşlərə və komanda heyətlərinə xidmət göstərəcək. 

Bundan başqa 1 saylı Kliniki Tibbi Mərkəzdə 90, 3 saylı Kliniki Tibbi Mərkəzdə 50, Mərkəzi Neftçilər Xəstəxanasında 25, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 30 çarpayılıq yerlər ayrılıb. 

Tədbir keçiriləcək müddətdə qeyd olunan xəstəxanalarda təcrübəli mütəxəssislərin (onların arasında ingilis dili bilən olmaqla) növbətçiliyi təşkil olunub. "9103 qaynar xətt" xidməti 24 saat gücləndirilmiş iş rejimində çalışacaq.

Son xəbərlər

Orphus sistemi