Azərbaycanda süni tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı açıqlandı - RƏSMİ
Sağlamlıq
- 17 iyun, 2020
- 18:51
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 17-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı açıqlayıb.
"Report" xəbər verir ki, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 146, süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı isə 29 nəfərdir.
Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 783 nəfər aktiv xəstə var.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlanıb, 127 nəfər sağalıb, 7 nəfər isə ölüb.
Bununla da indiyədək ölkəmizdə koronavirusa yoluxanların sayı 10 991 nəfərə, sağalanların sayı 6 075 nəfərə, ölənlərin sayı isə 133 nəfərə çatıb.
Son xəbərlər
01:31
KİV: Niger Beninin yüksək vəzifəli diplomatını ölkədən çıxarıb
Digər ölkələr00:59
Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatını dəstəkləməyib
Digər ölkələr00:51
Fransa İsveçdə yanğın zamanı doqquz vətəndaşının öldüyünü təsdiqləyib
Digər ölkələr00:26
Latviya Baltik dənizində fiber optik kabelin zədələndiyini bildirib
Digər ölkələr23:58
"Mançester Siti" "Çelsi" ilə heç-heçə edib
Futbol23:36
Qrenlandiyanın Baş naziri: ABŞ rənglərində ada xəritəsi hörmətsizliyi göstərir
Digər ölkələr23:11
Tramp: Rodriqes Maduronun taleyini yaşamaq riski daşıyır
Digər ölkələr22:58
İngiltərə Premyer Liqası: "Tottenhem" "Sanderlend"lə heç-heçə edib
Futbol22:41