Vətən Müharibəsi qazilərinə göstərilən xidmətlər

Vətən Müharibəsi qazilərinə göstərilən xidmətlər Sanator Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru Mürsəl Mürsəlov Vətən müharibəsi qazilərinə göstərilən xidmətlər barədə müsahibə verib.
Sağlamlıq
7 Yanvar , 2021 11:53
Vətən Müharibəsi qazilərinə göstərilən xidmətlər

Sanator Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru Mürsəl Mürsəlov Vətən müharibəsi qazilərinə göstərilən xidmətlər barədə müsahibə verib.

"Report" müsahibəni təqdim edir:

Buzovna Reabilitasiya Mərkəzi nə vaxtdan qazilərimizə xidmət göstərir?

Ən müasir tələblərə cavab verən Sanator Kurort Reabilitasiya Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən tikilib. Bu müəssisə Səhiyyə Nazirliyi tərəfindən yüksək keyfiyyətli avadanlıqlar və böyük praktikaya sahib olan tibbi personal ilə təmin olunub.

Sanator Kurort Reabilitasiya Mərkəzi 14 noyabr 2020-ci il tarixindən birinci-vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda şücaət və qəhrəmanlıq göstərən, “Vətən Müharibəsi” qazilərinin istifadəsinə verilib.

Mərkəzdə neçə nəfər sağalaraq evə buraxılıb və neçə nəfər hazırda müalicə alır?

Fəaliyyətimiz çox qısa zaman ərzində olmasına baxmayaraq 200-dən çox qazimizə xidmət göstərmişik, bunlardan 100-nəfəri müalicələrini bitirdikdən sonra öz ailəsinə və ya xidməti yerinə yola salınıb. Hazırda səhiyyə ocağımızda 70-ə yaxın qazimiz müalicə alır.

Buzovna Reabilitasiya Mərkəzində qazilərimizə hansı xidmətlər göstərilir?

Sanator-Kurort Reabilitasiya Mərkəzində qazilərimiz üçün bir çox xidmətlər göstərilməkdədir. Bunlardan bir neçəsini qeyd edə bilərəm. Nevroloji və psixoloji müalicələr, fizioterapiya, bolneoterapiya, hidro-masaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti (əgər nitq qusurları varsa) təşkil olunub. Onu da qeyd edim ki, Mərkəz qazilərimizin reabilitasiyasında istifadə olunan ortopedik vasitələr və geniş spektorlu “Giger” adlı cihazla təmin edilib.

Sizə ən çox hansı şikayətlərlə müraciət olunur?

Mərkəzimizə əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq hərəkət və periferik sinir sisteminin zədələnmələrindən sonrakı vəziyyət diaqnozları (paraplegiya , monoplegiya, tetraplegiya və müxtəlif növ kontrakturalar) ilə göndərilir. Bu diaqnozlar içərisində əsasən periferik sinir sisteminin travmaları üstünlük təşkil edir. Belə ki, qazilərimizdə nevrotik pozulmalar və psixoloji travmalar daha çox müşahidə olunur.

Müalicəyə gələn zamandakı və müalicə olunduqdan sonra qazilərimizin psixoloji durumunda hansı dəyişikliklər olur?

Səhiyyə Nazirliyinin Sanator Kurort Reabilitasiya Mərkəzində qazilərimizə göstərilən xidmətlər içərisində nevropatoloqun və psixoloqun müalicəsinə xüsusi önəm verilir. Qürürla deyə bilərəm ki, müalicə kursu ərzində qazilərimizin psixoloji durumunda maksimum yaxşılaşma əldə olunur.

Son xəbərlər

Orphus sistemi