ÜST rəhbəri COVID-19-un uzunmüddətli nəticələrini açıqlayıb

ÜST rəhbəri COVID-19-un uzunmüddətli nəticələrini açıqlayıb Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini yeni pandemiyaya hazırlaşmağa başlamağa çağırıb.
Sağlamlıq
7 Noyabr , 2020 04:23
ÜST rəhbəri COVID-19-un uzunmüddətli nəticələrini açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini yeni pandemiyaya hazırlaşmağa başlamağa çağırıb.

"Report" xəbər verir ki, müvafiq bəyanat ÜST-ün saytında yerləşdirilib.

Təşkilatın məlumatına görə, güclü infrastruktura malik ölkələr fövqəladə hallara hazırlaşmaq məqsədilə koronavirusun yayılmasının qarşısını almaq və idarə etmək üçün sürətli hərəkətetmə qabiliyyətini göstəriblər.

ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus COVID-19-un uzunmüddətli nəticələrini açıqlayıb. Onun sözlərinə görə, bunlar orqanizmin zəruri sistemlərinə təsir edir. ÜST rəhbəri qeyd edib ki, söhbət yorğunluqdan, öskürəkdən, tənəffüs çətinliyindən, iltihab, ağciyər və ürək daxil olmaqla, əsas orqanların zədələnməsi kimi əlamətlərdən gedir.

Son xəbərlər

Orphus sistemi