ÜST: “Virusdan ölənlərin sayı rəsmi statistikadan 2-3 dəfə çox ola bilər”

ÜST: “Virusdan ölənlərin sayı rəsmi statistikadan 2-3 dəfə çox ola bilər” 2020-ci ildə pandemiya səbəbindən ölənlərin ümumi sayı ən azı 3 milyon nəfərə çatıb
Sağlamlıq
22 May , 2021 03:07
ÜST: “Virusdan ölənlərin sayı rəsmi statistikadan 2-3 dəfə çox ola bilər”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə bağlı vəfat edənlərin sayı indiyədək təsdiqlənən rəsmi statistikadan iki-üç dəfə çox ola biləcəyini bəyan edib.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

Təşkilatın illik hesabatına görə, 2020-ci ildə pandemiya səbəbindən ölənlərin ümumi sayı ən azı 3 milyon nəfərə çatıb. Bu da rəsmi rəqəmlərdən 1,2 milyon nəfər çoxdur.

ÜST-nin baş direktorunun məlumat, analitika və nəticələrin qiymətləndirilməsi üzrə köməkçisi Samirə Asma ölü sayının rəsmi rəqəmlərdən çox olma ehtimalını təsdiq edib.

O, bildirib ki, pandemiyadan ən çox ölüm halları Latın Amerikası ölkələrində və Asiyada qeydə alınıb: “Rəsmi təsdiqlənən statistikada 3,4 milyon ölüm halı olsa da, pandemiya dövründə indiyədək ölənlərin sayının 6-8 milyon arasında olması mümkündür”.

Son xəbərlər

Orphus sistemi