“Hər il milyonlarla gənc tütün sənayesinin manipulyasiya taktikasının qurbanı olur”.
“Report” xəbər verir ki, bunu Cenevrədə keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sağlamlığın möhkəmləndirilməsi departamentinin direktoru Rüdiqer Krex bildirib.
Onun sözlərinə görə, sənaye uşaqlara çatmaq üçün rəqəmsal və sosial media, çatdırılma xidməti proqramları və digər innovativ yollardan istifadə edir.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada 13-15 yaşlı təxminən 37 milyon uşaq tütündən istifadə edir.
“Bir çox ölkələrdə yeniyetmələr arasında elektron siqaretdən istifadə böyüklərinkindən çoxdur. ÜST-nin Avropa regionunda sorğuda iştirak edən 15 yaşlı gənclərin 20%-i son 30 gündə elektron siqaretdən istifadə etdiyini bildirib”, - hesabatda deyilir.